Mundialın yeni rekordçusu

Xorvatiya millisi DÇ-2026-nın seçmə mərhələsində Çexiyanı məğlub edib – 5:1.

Futbolpress.az xəbər verir ki, xorvatların kapitanı Luka Modriç görüşdə penaltidən fərqlənib. O, 39 yaş 9 aylığında qol vurub.

Modriç dünya çempionatının seçmə mərhələsində fərqlənən ən yaşlı futbolçu olub. Bundan əvvəlki rekord bosniyalı Edin Dzekoda idi – 39 yaş 2 ay.