Müller “Bavariya”nın tarixinə düşdü

“Bavariya” Almaniya Bundesliqasının II turunda “Frayburq”u məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Tomas Müller bu görüşdə meydana çıxaraq komandadakı 710-cu matçını keçirib. O, klub tarixində ən çox oyun keçirən futbolçu adını qazanıb.

Müller matçda bir qolla yadda qalıb.

34 yaşlı hücumçu 2009-cu ildən “Bavariya”nın formasını geyinir.