“Bavariya”nın futbolçusu Tomas Müller UEFA Çempionlar Liqasında “Barselona”ya uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, hücumçu 1:4 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Yaxşı nəticə deyil. Bura qələbə üçün gəlmişdik, amma məğlub olduq. Ola bilsin, rəqibin 4-cü qolundan sonra özümüzə inamımız azaldı. Matçı təhlil edəndə görürük ki, “Barselona” bizdən daha yaxşı oynayıb.
Topa nəzarət etsək də, rəqib qollar vurdu. Bu, bir az qəribə alındı. “Barselona”ya hörmətlə yanaşırdıq. Hücumçuları Rafinya əla axşam keçirdi. Biz isə şanslarımızı boşa verdik”.