“Müdafiəyə diqqət artırılsa, komanda daha yaxşı ola bilər”

Azərbaycan millisi UEFA Millətlər Liqasının I turunda İsveçə uduzub – 1:3.

Yığmanın sabiq üzvü Novruz Əzimov “FutbolPress”ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Düzü, çox diqqətlə baxa bilmədim. Amma müəyyən hissələri, buraxılan qolları gördüm. Ümumi olaraq, düşünürəm ki, komanda pis oynamadı. Uşaqlar çalışdılar, nəsə etmək üçün can atdılar. Ancaq alınmadı. Yenə də, pis oynamadıq”.

Keçmiş oyunçu komandanın müdafiəsində problemlərin olduğunu vurğuladı:

“Demək olar, hücumda ciddi nöqsan görmədim. Amma müdafiədə boşluqlar var idi. Uşaqlar bir az daha diqqətli olmalı idilər. İsveç 2 oyunçu ilə gələndə də arxada boşluqları tapa bilirdilər. Müdafiəçilər daha diqqətli olmalıdır. Həm də sanki onların fiziki durumları da istənilən səviyyədə deyildi, çatdırmaqda çətinlik yaşayırdılar. Müdafiəyə diqqət artırılsa, komanda daha yaxşı ola bilər”.

Şahin Cəfərov