MS rəsmi təklifini göndərdi

“Mançester Siti” Frankfurt “Ayntraxt”ın hücumçusu Ömər Marmuş üçün ilk rəsmi təklifini edib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabiritsio Romano məlumat yayıb. Onun sözlərinə görə “şəhərlilər”in təklifi “Ayntraxt” rəhbərliyinin gözləntilərini doğrultmasa da, tərəflər nikbinliyini qoruyur. Müqavilənin bu həftə bağlana biləcəyi ehtimalı yüksəkdir.

Qeyd edək ki, 25 yaşlı misirli forvard bu mövsüm Almaniya təmsilçisinin heyətində bütün turnirlərdə daxil olmaqla 25 matça çıxıb və 19 qola imza atıb.