MS leverkuzenlilər üçün 200 milyon ödəməyə hazırdır

“Mançester Siti”nin transfer siyahısında iki “Bayer” futbolçusu var.

Futbolpress.az xəbər verir ki, cari mövsüm başa çatdıqdan sonra “şəhərlilər” yarımmüdafiəçi Ceremi Frimponq və hücumameyilli yarımmüdafiəçi Florian Virtsi transfer etməyi düşünür. Britaniya nəhəngi iki futbolçu üçün 170-200 milyon avro ödəməyə hazırdır.

“Mançester Siti”nin bu oyunçular üçün “Arsenal”, “Liverpul”, “Real”, “Bavariya” və PSJ ilə rəqabət aparmalı olduğu deyilir.

24 yaşlı Frimponq bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 3 qol vurub və 11 qol ötürməsi edib.

21 yaşlı Virts bu mövsüm 34 matçda 15 qol vurub və 12 məhsuldar ötürmə edib.