“Sauthempton”un futbolçusu Tayler Diblinq karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola 19 yaşlı yarımmüdafiəçinin transfer edilməsini istəyib.
“Sauthempton” Tayler üçün 120 milyon avro tələb edir.
Hücumameyilli yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 25 oyunda 2 qol vurub.