“Mançester Siti”nin futbolçusu Con Stounzun son durumu bilinib.
Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında “Real”la oyunda zədə alan müdafiəçinin əməliyyata ehtiyacı yoxdur. Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola məlumat yayıb.
Stounz əməliyyat olmamasına baxmayaraq, azı 8 həftə yaşıl meydanlardan uzaq qalacaq.