“Everton”un baş məşqçisi David Moyes İngiltərə Premyer Liqasının məşqçiləri arasında rekord qırıb.
Futbolpress.az xəbər verir ki, Moyes liqa tarixində eyni rəqibə qarşı 20 səfər matçını idarə edən və heç birində qalib gələ bilməyən ilk çalışdırıcı olub.
Çərşənbə günü Mersisayd derbisi çərçivəsində “Everton” “Liverpul”a 0:1 uduzub.
Moyes bundan əvvəl Premyer Liqada “Mançester Yunayted”, “Sanderlend” və “Vest Hem”i çalışdırıb. Bu klubların heç biri ilə “Enfild”də “Liverpul”u məğlub edə bilməyib.
“Everton” Premyer Liqada 34 xalla 15-ci yerdədir.