Moyes dönəmi başa çatır

“Vest Hem”də mövsümün sonunda baş məşqçi Devid Moyeslə yollar ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 61 yaşlı mütəxəssislə müddəti bitəcək müqavilə uzadılmayacaq.

“Vest Hem” çempionatda 36 turdan sonra 49 xalla 9-cu sıradadır.