Mövsümün sonunda klubdan ayrılacaq

“Atletik Bilbao”nun akademiya direktoru Serxio Navarro ailəvi səbəblərə görə mövsümün sonunda vəzifəsini tərk edəcək.

Futbolpress.az xəbər verir ki, o, 2022/23 mövsümünün əvvəlindən klubdadır.

“Atletik”in mətbuat xidmətinin qeyd etdiyi kimi, mütəxəssis gəldiyi andan etibarən komandanın digər üzvləri ilə birlikdə oyunçuların yetişdirilməsi, onları prosesin mərkəzində yerləşdirilməsi, akademik və şəxsi hazırlıq, əqli və psixoloji inkişaf üzərində hərtərəfli işləmək və maksimum idman nəticələrinə nail olmaq üçün kompleks model təqdim edib və hazırlayıb.