Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
“Kəpəz” qış fasiləsinə 11 xalla 9-cu sırada yollanıb. Gəncə təmsilçisi son pillədəki “Səbail”i 2 xal qabaqlayır.
“Kəpəz”in futbolçusu Əli Səmədov “FutbolPress“ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:
“Mövsümə yaxşı başlamadıq. Yeni heyətimiz var idi və uyğunlaşmada çətinlik yaşanırdı. Lakin oyun sayı artdıqca yavaş-yavaş düzəldik və əvvəlkinə baxanda indi komandada çox fərq var”.
Yarımmüdafiəçi komandanın hədəflərindən də söz açdı:
“Düzdür, son sıradan qurtulmuşuq, amma bizimçün əhəmiyyətli deyil. Çünki xallar yaxındır və qarşıdakı dövrəyə yaxşı hazırlaşmaq, irəli getmək istəyirik. Mövsümün sonuna yaxın rəqabət daha qızğın olacaq. İndidən daha yaxşı hazırlaşmaq, xallar əldə etmək lazımdır”.
Şahin Cəfərov