Mövsümün son oyununa 3 manatlıq biletlər

Azərbaycan Premyer Liqasının 36-cı turunda “Azərsun Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər bu gün “iticket.az”da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.
Mayın 26-da keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.