“Mövsümün ən yaxşı oyunlarından birini keçirdik”

Azərbaycan Premyer Liqasının XIII turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Az qol olsa da, yaxşı oyun getdi. Çoxlu qol epizodları yaratdıq. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Nəticə pis olsa da, oyun yaxşı alındı. Bu performans irəli yaxşı baxmağa ümid verir.

– İstədiyiniz nəticə üçün nə çatmadı?

– Qol. Çoxlu imkanlarımız oldu. Komandam istəkli idi, çoxlu epizodlar yarada bildik, amma vura bilmədik. Rəqib bir səhvimizdən qol vurdu.

– Oyunda nədənsə narazı qaldınız?

– Yalnız fürsətləri bola verilməsindən. Komandamın əzmkarlığından, oyuna yanaşmasından razı qaldım.

Şahin Cəfərov