Mövsümün ən yaxşı assistenti ayrılacaq

“Lion”un futbolçusu Rayan Şerki klubu tərk edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə o, “Anje” ilə matçdan (2:0) sonra açıqlamasında deyib. O, karyerasında yeni səhifə açmağa hazırlaşdığını bildirib.

Şerki bu mövsüm 44 oyunda 12 qol vurub, 20 məhsuldar ötürmə edib.

O, eyni zamanda Liqa 1-də 11 məhsuldar ötürmə ilə mövsümün ən yaxşı assistenti seçilib.