“Çelsi”nin müdafiəçisi Uesli Fofana zədə səbəbindən mövsümün qalan hissəsini buraxa bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Çelsi”nin baş məşqçisi Enzo Mareska məlumat yayıb:
“Fofana baldır nahiyəsindən zədə alıb. O, mövsümün sonuna qədər sıradan çıxa bilər. Dəqiq bilmirəm, amma qalan matçları buraxa bilər”.
24 yaşlı fransalı futbolu Premyer Liqanın 13-cü turu çərçivəsində “Aston Villa” ilə qarşılaşmanın 60-cı dəqiqəsində zədələnərək meydançı tərk etmişdi.