Dortmund “Borussiya”sının mətbuat xidməti müdafiəçi Nikolas Şlotterbekin sol dizindəki menisk yırtığı səbəbindən mövsümün qalan hissəsində oynaya bilməyəcəyini bildirib.
Futbolpress.az xəbər verir ki, “arılar”ın idman direktoru Sebastyan Kehl bildirib ki, alman futbolçunun yoxluğu komanda üçün ciddi itkidir:
“Nikonun yoxluğu komandamızda hiss olunacaq. O, dəyərli oyunçudur və mövsüm boyu davamlı olaraq yüksək səviyyədə çıxış edib. Biz onun tezliklə sağalmasını arzulayırıq və sağalma prosesi zamanı bütün lazımi dəstəyi göstərməyə hazırıq”.