Almaniyalı müdafiəçi Mats Hummels şəxsi sosial media hesabında cari futbol mövsümünün sonunda karyerasını bitirəcəyini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, karyerasının mühüm anlarını əks etdirən qısa video yayımlayan futbolçu daha əvvəl oynadığı klublar və Almaniya millisi haqqında da danışıb.
Xatırladaq ki, 36 yaşlı Hummels hazırda “Roma”da çıxış edir. Bu mövsüm paytaxt təmsilçisinin heyətində 18 oyun keçirən futbolçu 1 qol vurub. “Bavariya”nın məzunu olan Hummels karyerasının böyük hissəsini Dortmund “Borussiyası”nda keçirib.
Almaniya millisində 78 oyun keçirən futbolçu 5 qol vurub. O, 2014-cü ildə milli komandası ilə dünya çempionu olub.