“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis İngiltərə Superkubokunda “Mançester Yunayted”ə qalib gəldikləri görüşdən sonra mövsümə hazırlıq haqda danışıb:
“Mövsümə tam hazır olduğumuzu deyə bilmərəm. Bu matçda məğlub ola bilərdik. Amma komandam sona qədər döyüşdü və son dəqiqələrdə hesabı bərabərləşdirdi. Oyunun əvvəli əla keçdi, ancaq sonra tempdən düşdük. Hələ ən yaxşı formamızdan uzağıq. Buna baxmayaraq, mövsümə kubokla başlamaq xoşdur”.
“Mançester Siti” əsas vaxtı 1:1 hesabıyla başa çatan görüşün (1:1, penaltilər 7:6) penaltilər seriyasında “Mançester Yunayted”i məğlub edib və Superkuboku qazanıb.