Portuqaliyalı mütəxəssis Joze Mourinyo açıqlama verib.
Futbolpress.az xəbər verir ki, məşqçi “Roma”nı çalışdırdığı vaxtlardan söz açıb:
“Roma”da olanda Portuqaliya millisindən iki dəfə təklif aldım, amma “yox” dedim. Çünki “Roma”da qalmağa qərar vermişdim. Emosional davrandım və səhv etdim. “Roma”da qalmaq düzgün qərar deyildi.
Ümid edirəm ki, Portuqaliya yığmasından yenə təklif alacam. Gücü heyətləri var və uğur qazanmaq mümkündür”.
Mourinyo 2021-ci ilin yayından 2024-cü ilin yanvarına qədər “Roma”ya rəhbərlik edib.