Mourinyonun “Fənərbağça” ilə müqaviləsindəki xüsusi bənd

Joze Mourinyo yaxın vaxtlarda “Fənərbağça” ilə müqavilə imzalayacaq.

Futbolpress.az xəbər verir ki, müqaviləyə xüsusi bənd qeyd olunub. Bu barədə “NTV Sport” məlumat yayıb.

Qeyd olunub ki, mütəxəssisə Portuqaliya millisindən təklif gələrsə, “Fənərbağça” ilə olan anlaşma ləğv ediləcək.

Mütəxəssisin “Fənərbağça” ilə 2 illik müqavilə imzalayacağı gözlənilir. Onun son klubu “Roma” olub.