Mourinyo və Okan Buruk cəzalandı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray” və “Fənərbağça”nın baş məşqçilərini cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, “bülbüllər”in çalışdırıcısı Joze Mourinyo 4, “cim-bom”un rəhbəri Okan Buruk isə 1 oyunluq diskvalifikasiya edilib.

Super Liqada “Qalatasaray” – “Fənərbağça” oyunundan (0:0) sonra hər iki mütəxəssis bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədib.