Mourinyo: “Səhv etsəydi, məni öldürərdilər”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Super Liqada “Qalatasaray”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Yaxşı oyun oldu. Bunun səbəbi də baş hakimin əla performansı idi. O, kifayət qədər təcrübəli və dürüst biridir. “Qalatasaray” heç-heçə üçün oynadı və indi xoşbəxtdirlər. Biz isə yox. Yaxşı müdafiə olundular. Oyunun real qol epizodunda qapıçıları yaxşı seyv etdi. Bu gün müdafiədə oynatdığımız gənc oyunçumuz (red-Yusuf Akçiçek) səhv etsəydi, onu da, məni də öldürərdilər”.

“Qalatasaray” Super Liqada 24 turdan sonra 64 xalla birinci sıradadır. “Fənərbağça” isə 6 xalla ikincidir.