“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Real Madrid”dən ayrıldığına görə bir qədər peşman olduğunu etiraf edib.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə klubu çalışdırıb:
“Matçlara gəlincə, təəssüflər çox olur. Peşəkar qərarlara gəlincə, bu, Florentinonun (Peres, “Real”ın prezidenti) işi davam etdirmək təklifinə “yox” cavabıdır.
Mənə dedi: “Moe, indi getmə, sən artıq çətin hissəni etmisən, indi ən yaxşı hissə başlayır”. Bunun doğru olduğunu bilirdim, amma İspaniyada üç illik böyük çətinliklərdən sonra “Çelsi”yə qayıtmaq istədim”.