“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Real”ın transfer siyasətindən danışıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “HT Spor”a müsahibəsində bu məsələyə toxunub:
“Dünyanın ən yaxşı klubunda ən yaxşı oyunçular olmalıdır. “Real” bu baxımdan əla iş görür. Onlar dünyanın ən güclü futbolçularını transfer edirlər. Hələ erkən yaşlarından Vinisiusu, Rodriqonu, Bellingemi, Arda Güleri, Endriki alıblar. Bu, əla siyasətdir”.
Mourinyo 2010-2013-cü illərdə “Real”a rəhbərlik edib.