Mourinyo rəsmən “Fənərbağça”da

“Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyo olub.

Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssis ilə 2+1 illik müqavilə imzalanacaq.

Mourinyonun son klubu “Roma” olub. O, daha əvvəl “İnter”, “Portu”, “Çelsi”, “Mançester Yunayted”, “Real” kimi komandalara rəhbərlik edib.