Mourinyo keçmiş tələbəsini “Fənərbağça”ya gətirmək istəyir

“Tottenhem”in futbolçusu Pyer-Emil Höybyerq karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” danimarkalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubun idman direktoru Mario Branko 28 yaşlı futbolçu ilə görüşüb və şəxsi razılığa gəlib.

Höybyerqin transferini komandanın yeni baş məşqçisi Joze Mourinyo istəyib. Portuqaliyalı mütəxəssis 2019-2021-ci illərdə “Tottenhem”də Höybyerqlə işləyib.

Yarımmüdafiəçi son mövsümdə Premyer Liqada 36 oyunda meydana çıxıb.