“Fənərbağça” Çempionlar Liqasının III təsnifat mərhələsinin birinci oyununda “Lill”ə məğlub olub – 1:2.
Futbolpress.az xəbər verir ki, bu nəticəylə “bülbüllər”i baş məşqçisi Joze Mourinyo karyerasında ilki yaşayıb.
Portuqaliyalı çalışdırıcı buna qədər işlədiyi komandalarda 7 dəfə təsnifat mərhələsi oyununa çıxıb və hamısını qazanmışdı. Bu məğlubiyyət mütəxəssisin karyerasında ilk olub.
“Fənərbağça” ilə “Lill” arasındakı cavab görüşü avqustun 13-də İstanbulda keçiriləcək.