Portuqaliyalı mütəxəssis Joze Mourinyo mövsümün sonunda “Fənərbağça”dan ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Mütəxəssis Səudiyyə Ərəbistanı klublarından təklif alıb və dəyərləndirməyə qərar verib.
Mourinyo getmək istəsə, rəhbərlik buna mane olmayacaq.
“Fənərbağça” Super Liqada sona üç tur qalmış lider “Qalatasaray”dan 8 xal geridədir.