“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo klubdan ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb. 62 yaşlı mütəxəssis Braziliya yığmasında baş məşqçi postuna namizədlər arasındadır.
O, təklif gələcəyi halda, “Fənərbağça”dan ayrılıb, “sambaçılar”a rəhbərlik edə bilər.
Mourinyo 2024-cü ilin yayından İstanbul klubunu çalışdırır.