Mourinyo: “Bunlar mənə böyük məsuliyyət verir”

“Fənərbağça”nın yeni baş məşqçisi  Joze Mourinyonun təqdimat mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis mərasimdə bunları deyib:

“Azarkeşlərdən böyük dəstək və sevinc gördüm. Bunlar mənə böyük məsuliyyət verir. Mən də sizin ailənizə aidəm. Bu forma mənim dərim, sümüyüm kimidir.

Klubun prezidenti Ali Koçu tanıdığım gündən bəri bu komandada işləmək istəyirəm. Böyük azarkeş qrupu var və sizə sevinclər yaşatmaq üçün buradayam. Türkiyə futbolunu inkişaf etdirmək, Avropaya daha yaxşı tanıtmaq üçün əlimdən gələni edəcəm”.

“Fənərbağça” Mourinyo ilə 2 illik müqavilə imzalayıb.