Mourinyo: “Borussiya”dan təklif almışdım”

“Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Bild” nəşrinə danışan mütəxəssis bir neçə il əvvəl Dortmund “Borussiya”sından təklif aldığını deyib:

“Bir neçə il əvvəl Almaniyada işləyə bilərdim. “Borussiya” təklif göndərmişdi və gedə bilərdim. Hətta alman dilini də öyrənməyə çalışdım. Ancaq sonra alınmadı”.

Mourinyo məşqçi karyerası ərzində “Portu”, “İnter”, “Real”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma” kimi klublarda işləyib.