Mottanın istəmədiyi futbolçu “Barselona” yolunda

“Yuventus”dan ayrılacağı gözlənilən Federiko Kyeza karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, oyunçunun meneceri “Barselona” ilə danışıqlara başlayıb. Bu barədə Canluka Di Marzio məlumat yayıb. Kyeza La Liqa təmsilçisinə keçməyə müsbət yanaşır, lakin ilk növbədə klublar da anlaşmalıdır.

Daha əvvəl “Yuventus”un baş məşqçisi Tiaqo Motta Kyezanın planlarına daxil olmadığını bildirib.

Kyeza ötən mövsüm 37 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.