“Yuventus”un baş məşqçisi Tyaqo Motta açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis türkiyəli yarımmüdafiəçi Kenan Yıldız haqda fikirlərini bölüşüb:
“Kenanın performansından məmnunam. Bütün gücü ilə komandaya kömək etməyə çalışır. 19 yaşı var və indidən fərq yarada bilir. Daha yaxşısını etmək potensialı da var”.
Kenan bu mövsüm 10 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.