Moskvalıların 8 illik həsrəti başa çatdı

Rusiya Premyer Liqasında XXI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Spartak” bu turda “Zenit”lə üz-üzə gəlib. Matç Moskva təmsilçisinin qələbəsiylə başa çatıb – 2:1.

“Spartak” çempionatda 8 il sonra “Zenit”i məğlub etməyi bacarıb. Moskvalılar sonuncu dəfə 2017-ci ilin noyabrında rəqibinə qalib gəlmişdi.