Moratanın derbi həyəcanı

“Milan”ın futbolçusu Alvaro Morata açıqlama verib.

Futbolpress.az xəbər verir ki, ispan forvard “İnter”lə derbi oyunu üçün səbirsizləndiyini deyib:

“Daha əvvəl bir neçə dəfə “San Siro”da aazarkeş kimi olmuşam. Atmosfer möhtəşəm olur. Kənardan oyunun necə vacib olduğunu hiss edirsən. İndi burada meydana çıxmaq, qol vurmaq və azarkeşləri sevindirmək üçün səbirsizlənirəm.

“İnter” çox yaxşı komandadır və yüksək səviyyədə oynayırlar. Çox çalışmalı olacağıq. Xırda səhvlər ola bilər, amma arzumuz olmalı və sona qədər döyüşməliyik”.

“İnter” – “Milan” oyunu sentyabrın 22-də keçiriləcək.