Moratadan “Milan”a pis xəbər

“Milan”ın futbolçusu Alvaro Morata zədələnib.

Futbolpress.az xəbər verir ki, ispan hücumçu İtaliya A Seriyasının I turunun “Torino” ilə oyununda xəsarət alıb. Bu barədə “Sky Sport” məlumat yayıb. Forvard azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Morata bu yay “Atletiko”dan “Milan”a keçib. O, “Torino” ilə heç-heçə bitən matçda (2:2) bir qol vurub.