Morata rəsmən “Milan”da

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” “Atletiko”nun hücumçusu Alvaro Moratanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

“Milan” ispan forvard üçün “Atletiko”ya 13 milyon avro ödəyəcək.

Morata karyerası ərzində “Real”, “Yuventus”, “Çelsi” və “Atletiko”da çıxış edib. O, ümumilikdə 589 oyunda 216 qol vurub.