Morata “Milan”dan nə üçün ayrıldı?

İspaniyalı hücumçu Alvaro Morata “Milan”dan “Qalatasaray”a keçidi haqda fikirlərini bölüşüb.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, forvard İstanbul klubunu seçməsinin səbəbini açıqlayıb:

“Milan”da yalnız Paulo Fonsekanın rəhbərliyi altında oynamaq istəyirdim. Onun işdən çıxarılması ilə vəziyyət dəyişdi. Klubda özümü rahat hiss etmirdim”.

Morata icarə əsasında “Qalatasaray”a keçib.