“Milan”ın futbolçusu Alvaro Morata UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turunda “Liverpul”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, UEFA-nın saytına danışan ispan hücumçu bunları deyib:
“Bura gəldiyim gündən belə matçlar üçün səbirsizlənirdim. Yaxşı oynamaq və azarkeşləri qürurlandırmaq istəyirik. “Liverpul”la oyunlar gərgin keçir və tarixə yazılır. Avropanın ən yaxşı komandaları Çempionlar Liqasında oynayır. Çox motivasiyalıyıq və qələbə qazanmaq istəyirik”.
“Milan” – “Liverpul” oyunu saat 23:00-da start götürəcək.