Morata: “İbrahimoviçlə danışdım və…”

İspaniyalı hücumçu Alvaro Morata karyerasını “Milan”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” “Atletiko”dan forvardı sıralarına cəlb edib. Rəsmi açıqlama verilməsə də, Morata özü keçidini təsdiqləyib.

31 yaşlı hücumçu “Sky Sports”a açıqlamasında bunları deyib:

“Yeni mövsümü səbirsizliklə gözləyirəm. İndi istirahətdə olacam. Ailəmin yanında olmalıyam. Zlatan İbrahimoviçlə danışdım və onun sözləri məni əmin etdi ki, “Milan”a keçmək düzgün variantdır”.