İspaniya millisinin və “Atletiko”nun futbolçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, forvard “Milan”la razılaşıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Xəbərdə Moratanın Avro-2024-ün finalından sonra A Seriyası klubu ilə 4 illik müqavilə imzalayacağı bildirilib.
Morata 2020-ci ildən “Atletiko”nun formasını geyinir. O, Madrid təmsilçisində 154 oyunda 58 qol vurub, 14 məhsuldar ötürmə edib.