Morata ərəblərlə razılığa gəldi

“Atletiko”nun və İspaniya millisinin hücumçusu Alvaro Morata karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb. “Əl Kadisiya” klubu 31 yaşlı forvardla şəxsli razılıq əldə edib.

Morata ötən mövsüm “Atletiko”da 48 oyunda 21 qol vurub. Onun klubla sözləşməsi 2026-cı ilin yayına kimidir.