Monteneqro millisinin sabiq futbolçusu “Sumqayıt”da

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Futbolpress.az xəbər verir ki, “kimyaçılar” monteneqrolu futbolçu Miloş Miloviç ilə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi komandada 95 nömrəli formada çıxış edəcək.
Miloş Monteneqro yığmasında 4 oyuna çıxıb.
“Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli və Alan Diasın keçidini reallaşdırıb.