“Monako”dan 20 milyonluq transfer

“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Tuluza”dan Kristan Mavissanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Monako” transfer üçün “Tuluza”ya 20 milyon avro ödəyəcək.