“Monako”dan 20 milyonluq transfer

“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi “Anderlext”dən Corc İlenixenanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı forvardla müqavilənin detalları açıqlanmayıb.

Fransa mətbuatı “Monako”nun Corc üçün 20 milyon avro ödədiyini yazıb.

İlenixena ötən mövsüm “Anderlext”də 50 oyunda 14 qol vurub.