Bu gün Fransanın 1-ci Liqasında XII tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, son matç günündə 5 görüş baş tutub. “Lill”, “Auxerre”, “Le Havre” və “Nis” qələbə qazanıb. “Qarabağ”la qarşılaşacaq “Lion” isə heç-heçəylə barışıb.
Dünən “Marsel” “Lens səfərində 3 xalı 3 qolla alıb. “Sent-Etyen” isə doğma meydanda minimal hesablı qələbəyə sevinib.
İlk oyun günündə iki qarşılaşma keçirilib. “Monako” ilə PSJ tura qələbəylə başlayıb.
Fransa Liqa 1
XII tur
22 noyabr
Monako – Brest 3:2
Qollar: M.Akliyuç, 5, 90+1, A.Qolovin, 24, – A.Sima, 50, L.Ajorkui, 90+6
PSJ – Tuluza 3:0
Qollar: J.Neveş, 35, L.Beraldo, 84, Vitinya, 90+1
23 noyabr
Lens – Marsel 1:3
Qollar: A.Fulcini, 80 – V.Roncyer, 49, L.Enrike, 57, P.Hoybyerc, 89
Sent-Etyen – Montpeliyer 1:0
Qol: B.Bouşurayi, 47
24 noyabr
Reyms – Lyon 1:1
Qollar: O.Diakite, 55 – R.Çerki, 38
Lill – Renn 1:0
Qol: E.Zeqrova, 45
Auxerre – Angers 1:0
Qol: H.Traore, 90+3
Nant – Le Havr 0:2
Qollar: J.Kasimir, 3, S.Nqoura, 74
Nis – Strasburq 2:1
Qollar: M.Bard, A.Silla, 62 (avtoqol) – D.Bakva, 20