“Srvena Zvezda”nın baş məşqçisi Vladan Miloeviç Çempionlar Liqasında bu gün “Monako”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis rəqibinin PSJ səviyyəsində komanda olduğunu deyib:
“Monako” çox yaxşı futbol oynayır və fikrimcə, PSJ səviyyəsinə yaxındırlar. Baş məşqçi Adi Hütter komandanı dəyişib və onlar əla futbol oynayır, çoxlu qol imkanları yaradırlar. Futbolçuların rəqibin gücünü anlayır, amma eyni zamanda özümüzə də inamlıyıq”.
Bu gün baş tutacaq görüşə saat 20:45-də start veriləcək.