“Monako” ayrılığı açıqladı

Fransalı hücumçu Vissam Ben Yedder “Monako”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Ben Yedder 2019-cu ildən “Monako”nun formasını geyinirdi. O, son mövsümdə 34 oyunda 20 qol vurub.