I Liqada “Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Ramil Orucov mükafatlandırılıb.
Futbolpress.az xəbər verir ki, MOİK klubunun futbolçusuna mükafatı XXI turun Binə qəsəbə stadionunda keçirilən MOİK – “Cəbrayıl” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.